19th Ave New York, NY 95822, USA

19-20 AVQUST 2023-CÜ İL TARİXLƏRİNDƏ NİZAMİ GƏNCƏVİ PARKINDA “İDMAN HAMI ÜÇÜN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KAPOEYRA İDMAN NÖVÜ ÜZRƏ TƏLİMLƏR KEÇİRİLİB.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İdman hamı üçün” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə tədbir keçirilib. Nizami Gəncəvi parkında baş tutan tədbirdə 2 gün ard-arda kapoeyra təlimləri keçirildi və yığma komandamızın çıxışları hər zaman olduğu kimi böyük marağa səbəb oldu.

Tədbirin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.