19th Ave New York, NY 95822, USA

Musiqi alətləri

Berimbau

Berimbao Capoeira-da oyunu idarə edən əsas inustrumentdir.Çaldığı ritmlərə görə (sürətli,asta,orta) oynanılır.Capoeiristlərin Roda (hoda) içərisində Berimbaonun çaldığı ritmlərə qulaq asmaqları vacibdir.Səs müxtəlifliyinə görə Berimbao-nun 3 növü vardır.

  • Gunga-ən alçaq səsli ton
  • Médio- orta səsli ton
  • Viola-ən yüksək səsli ton
  • Berimbao-nun rezonator hissəsi Brazilyada yetişən balqabaqdan (Cabaça)
  • Bir ağac budağından hansiki Brazilyada yetışən briba və ya bambuK ağacından hazırlanir (verga)
  • Verganı hər 2 ucundan əyməyə yarayan simdən (arame)
  • Bir çubuqdan (baqueta-baketa)
  • Həsirdən hörülmüşvə içərisində noxuda bənzər toxumlardan (caxixi- kaşişi)
  • Daş və ya xüsusi hazrlanmış yumru metal (dobrao)

Atabaque (atabaki)

Atabaque kökü ərəb və farslara dayanan musiqi alətidir.Afro-Brazil bölgələrdə yayılmış və Capoeira-ya daxil olmuşdur.Gövdəsi adətən Brazilyada yetişən Jacaranda ağacından hazırlanır.Üst tərəfi dana,keçi və s. Heyvanların dərisindən hazırlanır.Atabaque kökləmək üçün cəkicdən istifadə edilir.

Pandeiro (pandeyru)

Taxdadan olan skelet üzərinə heyvan dərisi çəkilir,ətrafında 6 parça metal diskdın ibarət olur.Pandeiro-nun üst hissəsindəki gərginliyin köməyi ilə kökləmək olur. Pandeiro Brazilyada sambanın simvolu sayılır eyni zamanda Brazilyanın milli musiqi alətidir.