19th Ave New York, NY 95822, USA

YIĞMA KOMANDAMIZ ATICILIQ ÜZRƏ 53-CÜ DÜNYA ÇEMPİONATINDA NÜMUNƏVİ ÇIXIŞ ETDİ.

22 avqust tarixində Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası 101 ölkənin iştirak etdiyi Atıcılıq üzrə 53-cü Dünya çempionatında nümunəvi çıxış etmişdir. Bakı Atıcılıq Mərkəzində baş tutan nümunəvi çıxışımız Braziliya komandası və digər xarici idmançılar tərəfindən böyük maraqla qarşılandı. Komandamızın çıxışını izləyən Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrilli idmançılarımıza yaxınlaşaraq onları təbrik etdi və sonda cənab Villi Qrilli ilə xatirə şəkli çəkildi.