19th Ave New York, NY 95822, USA

17 avqust 2023-cü il tarixində Sumqayıt Bulvarında “İdman hamı üçün” layihəsi çərçivəsində Kapoeyra idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib.

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kapoeyra idman növünün təbliğatı bu dəfə Sumqayıt şəhərində baş tutdu. Tədbirin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmanın təşviq edilməsi və sağlam həyat tərzinin təbliğidir.

Komandamızın çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılandı.