19th Ave New York, NY 95822, USA

Kapoeyra üzrə seminar keçirildi.

IMG_0305

 Aprelin 19-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “Batizado” tədbirinin bir hissəsi olan kapoeyra üzrə seminar keçirilib.

Braziliyadan dəvət olunmuş mütəxəssislərin (Mestre Bailarino, Mestrando Chocolate, Professor Di Mare) rəhbərliyi altında təşkil olunan seminarda 150-dən çox idmançı iştirak edib.