19th Ave New York, NY 95822, USA

Batizado 2024

BF148137-5825-421F-B5FE-49122758417F

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə 19-20 aprel tarixlərində Bakıda Beynəlxalq seminar və kapoeyra kəmər dərəcələrinin təqdim olunma mərasimi baş tutdu.
Seminar Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada təşkil olunub.

Tədbirin ikinci günündə kapoeyra üzrə yeni kəmər dərəcələrinin təqdim olunma mərasimi keçirilib. Tədbirin açılış mərasimində Federasiyanın vitse-prezidenti Elgiz Əlizadə və Braziliyanın ölkəmizdəki səfiri cənab Manuel Montenegro açılış çıxışları ilə iştirakçıları salamlayıblar. Tədbirdə 250-ə yaxın kapoeyraçı iştirak edərək yeni kəmər dərəcələri alıblar. Daha sonra kapoeyraçılar klub rəhbərləri və Azərbaycanda iştirak edən Braziliyalı kapoeyra ustadları Mestre Bailarino, Mestrando Chocolate və Professor Di Mare tərəfindən sertifikatla təltif olunublar.

 

https://www.instagram.com/p/C6CJfABCMtm/?igsh=MWs5aXBjcG1sNThsbw==