19th Ave New York, NY 95822, USA

Növbəti seminarımız II mərkəzi zalda baş tutdu

Bugün Azərbaycan Kapoeyra Federasiyasının Nizami rayonunda yerləşən II mərkəzi zalında seminar baş tutmuşdur. AKF-in məşqçisi və yığma komandanın kapitanı olan Fərid Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara ümumi yarış qaydaları,kapoeyra texnikaları və musiqi alətləri haqqında məlumatlar verildi.

📌Qeyd edək ki, bu tip seminarlar Azərbaycan Kapoeyra Federasiyası tərəfindən mütəmadi olaraq təşkil olunur.