19th Ave New York, NY 95822, USA

DAHA BİR MAARİFLƏNDİRİCİ SEMİNARIMIZ YEKUNLAŞDI

Kapoeyra Federasiyasının mərkəzi zalında Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti və Baş məşqçisi Elgiz Əlizadə tərəfindən “Kapoeyra lüğəti” və “Kapoeyra musiqiləri” mövzüsünda seminar keçirilmişdir. Seminarda Elgiz müəllim Portuqal dilində olan kapoeyra terminlərinin mənalarını, hansı vəziyyətlərdə istifadə olunmalarını, kapoeyra idman növünün və musiqi alətlərinin yaranma tarixindən-kapoeyrada mövcud olan stillərə qədər iştirakçılara tam dolğun məlumat vermişdir. İştirakçılar arasında seminarda öyrədilən portuqal dilində terminlərə əsaslanan intellektual sual-cavab keçirilmişdir və ən aktiv iştirakçı isə gələn seminarda sertifikatla mükafatlandırılacaqdır.Sonda bütün klublardan gələn idmançılar arasında roda təşkil olunmuş,kapoeyra mahnıları ifa olunmuşdur.

📌

Qeyd edək ki, bu tip seminarlar Azərbaycan Kapoeyra Federasiyası tərəfindən mütəmadi təşkil olunur.Seminardan geri qalan bütün şəkillər rəsmi facebook hesabımızda paylaşılıb