19th Ave New York, NY 95822, USA

Xanımlar seminarı başa çatdı

Kapoeyra Federasiyasının mərkəzi zalında “Xanımlar seminarı”keçirilmişdir. Seminarda xanım məşqçimiz Asya Atayeva ilk öncə xanım kapoeyraçılara bir kapoeyra məşqinin bizə psixoloji və fiziki faydalarını bilmək üçün beynəlxalq standartlara əsaslanan sorğu təqdim etmiş , daha sonra “Kapoeyranın psixoloji faydaları”, ”Kapoeyranın fiziki görünüşümüzə təsiri” və “Afro-Braziliya mədəniyyəti/Maculele” mövzusularında iştirakçılara təlimatlar keçərək onlara praktiki və nəzəri biliklər aşılamışdır. Sonda bütün klublardan gələn kapoeyraçı xanımlar arasında açıq maculele rodası təşkil olunmuşdur.
Sorğunun nəticələri peşəkar psixoloqlar tərəfindən hesablanaraq növbəti həftə baş tutacaq seminarda iştirakçılara təqdim ediləcəkdir.

📌Qeyd edək ki, bu tip seminarlar Azərbaycan Kapoeyra Federasiyası tərəfindən mütəmadi təşkil olunur.

Seminardan geri qalan bütün şəkillər rəsmi facebook hesabımızda paylaşılıb