19th Ave New York, NY 95822, USA

Qaliblərlə görüş

Oktyabrın 30-da Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüşdə Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının üzvü Asya Atayeva Estoniyanın Tallin şəhərində keçirilən Beynəlxalq kubok yarışı və yığma komandamızın qazandığı nailiyyətlər haqqında məlumat verib. Sonda isə Azərbaycan Kapoeyra Federasiyasının vitse prezidenti və Baş məşqçisi Elgiz Əlizadə yeni tərtib etdiyi,müəllifi olduğu solo yarışlar haqqında məlumat verib. Elgiz müəllimin bu ideyası nazirlik tərəfindən müsbət qarşılanıb və Nazirin müavini Mariana xanım Vasileva bu yarışların təkminləşdirilməsi üçün nazirlikdən dəstək göstəriləcəyini bildirib.