19th Ave New York, NY 95822, USA

Komandamızın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransının ( MINEPS VII ) son günündə Bakı Konqres mərkəzində Azərbaycan Kapoeyra Federasiyasının nümunəvi çıxışı baş tutmuşdur. Komandamızın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Braziliyanın idman naziri Ana Moser çıxışdan sonra komanda üzvlərimizə yaxınlaşaraq onlara, Braziliya idman döyüş sənətini Azərbaycanda yüksək səviyyədə təbliğ edib, yaşatdıqları üçün öz təşəkkürünü bildirib. Daha sonra komanda üzvləri Azərbaycan Respublikası Gənclər və idman naziri cənab Fərid Qayıbov və müavini xanım Mariana Vasileva ilə xatirə şəkilləri çəkdirib.