19th Ave New York, NY 95822, USA

Brazilyanın idman Naziri Ana Moser ilə AKF rəhbərliyi ilə görüş keçirmişdir.

Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Günel Muradova və vitse-prezidenti Elgiz Əlizadə 28 iyun tarixində, ölkəmizdə səfərdə olan Brazilyanın idman Naziri Ana Moser ilə görüş keçirmişdir.

Federasiyasımızın rəhbərliyi ilə görüş zamanı Brazilyanın idman Naziri və onun nümayəndə heyətinə Kapoeyra Federasiyasının fəaliyyəti, Azərbaycanda keçirilən dünya çempionatları, BMT-nin qaçqınlar üzrə Ali komissarlığı ilə olan əməkdaşlıq və layihələr, həmçinin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tərkibində olan DOST İnklüziv inkişaf və yaradıcılıq mərkəzində keçirilən İnklüziv kapoeyra məşqləri haqqında məlumat verilmişdir.

Brazilyanın idman Naziri Ana Moser Azərbaycan Kapoeyra Federasiyasının fəaliyyəti ilə tanış olduqdan sonra Federasiya haqqında müsbət fikirlər söyləyib və Federasiyanın mütəxəssislərinin Braziliyaya dəvəti və eyni zamanda Braziliyadan mütəxəssislərin Azərbaycana dəvəti haqqında məlumat verib və Kapoeyra Federasiyasının heyyətinin dahada gücləndirilməsinə köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki, Braziliyanın idman naziri Ana Moser Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı ( MINEPS VII ) çərçivəsində ölkəmizdə səfərdədir.

Görüşün təşkil olunmasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Braziliyanın ölkəmizdəki səfirliyinə təşəkkür edirik.