Sherifzade 75 A, Baku, Azerbaijan

Solo Kapoeyra üzrə Bakı Birinciliyi və Çempionatı uğurla başa çatdı

WhatsApp Image 2025-04-29 at 11.21.06 (1)

Azərbaycan Kapoeyra Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Solo Kapoeyra üzrə Bakı Birinciliyi və Çempionatı uğurla başa çatdı. Yarışda 120-dən çox idmançı 24 kateqoriya üzrə mübarizə apardı.

Bu yarış, Azərbaycan kapoeyra tarixində bir ilkə imza atdı. İlk dəfə olaraq inklüziv qrup yaradıldı və bu kateqoriyaya daxil olan idmançılar da yarışda qüvvələrini sınadılar. İnklüziv idmançıların iştirakı yarışa xüsusi rəng qatdı və kapoeyranın bütün imkanlarının hər kəs üçün açıq olduğunu bir daha göstərdi.

Kateqoriyalar üzrə qaliblər:

  • 4+ yaş, qarışıq – David Əlizadə Elgiz

  • 6 yaş oğlanlar / B – Riad Çeşməzar Anar

  • 6-8 yaş qızlar / B – Yasmina Salyamova Zaur

  • 7-8 yaş oğlanlar / A – Məhəmməd Cabbarlı Elçin

  • 7 yaş oğlanlar / B – Saleh Qurbanov Şamxal

  • 8 yaş oğlanlar / B – Rəsul Hüseynov Fərid

  • 9 yaş oğlanlar / B – Süleyman Mehdizadə Elnur

  • 9-10 yaş oğlanlar / A – Mikayıl Tağıyev Ruslan

  • 10 yaş oğlanlar / B – Fərrux Mirzəzadə Həsən

  • 9-11 yaş qızlar / B – Yasmin Sağlam Ahmet Burak

  • 7-11 yaş qızlar / B – Aylin Cəfərli Ricad

  • 11 yaş oğlanlar / B – İlknur Niftəliyev Coşqun

  • 11 yaş oğlanlar / A – Əbülfəz Əliquliyev Fərrux

  • 12-13 yaş oğlanlar / B – Mehdi Əlizadə Nicat

  • 12-15 yaş qızlar / B – Jasmin Allahverdili Vasif

  • 12-16 yaş qızlar / A – Mehriban Hacıbabayeva Elnur

  • 12-14 yaş oğlanlar / A – Fikrət Dadaşov Gündüz

  • 14-16 yaş oğlanlar / B – Nihat Əbilov Amil

  • 14-17 yaş oğlanlar / A – Said Şahyarov Vahid

  • Kişilər / A – Eslam Ali

  • Kişilər / B – Zaur Səlimov Tərlan

  • Qadınlar / A – Gülçöhrə Abbasova Elşən

  • Qadınlar / B – Leyla Ağasıbəyli Eldar

  • İnklüziv – Cəmaləddin Ağayev Nizami