
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, cari ilin ölkə birinciliyi və çempionatı 14-15 iyun tarixlərində keçiriləcək. Bu mötəbər yarış ölkənin müxtəlif bölgələrindən idmançıları bir araya gətirəcək və kapoeyranın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeydiyyat 15 may tarixində başlayır və 5 iyun tarixinə qədər davam edəcək. Yarışda iştirak etmək istəyən idmançılar və komanda nümayəndələri bu tarixlər arasında qeydiyyat prosesini tamamlamalıdırlar.