Sherifzade 75 A, Baku, Azerbaijan

Bakıda “Solo Kapoeyra üzrə Bakı Birinciliyi və çempionatı” və Batizado tədbiri keçiriləcək

Untitled design (18)

Aprelin 26-27-də Balaxanı İdman Mərkəzində solo kapoeyra üzrə Bakı birinciliyi və Batizado tədbiri baş tutacaq. Tədbir Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Braziliya səfirliyinin dəstəyi ilə keçiriləcək.

İki gün ərzində kapoeyra həvəskarlarını maraqlı və dinamik anlar gözləyir. Yarışla yanaşı, tədbir çərçivəsində seminarlar və açıq rodalar da keçiriləcək. Bu, iştirakçılar üçün həm praktiki təcrübə qazanmaq, həm də Federasiyaya daxil olan bütün kapoeyra klub üzvlərinin bir-biri ilə tanış olması baxımından əla fürsət olacaq.

Ən həyəcanlı məqamlardan biri isə 27 aprel tarixində yeni kəmər dərəcələrinin təqdimatı olacaq. İştirakçılar illik əməklərinin bəhrəsini bu mərasimdə alacaqlar. Bu mərasimdə xarici ölkələrdən  olan xüsusi kapoeyra üstadları qonaq qismində iştirak edəcək.

Kapoeyra sənətini sevən hər kəs bu unudulmaz tədbirə dəvətlidir!