Sherifzade 75 A, Baku, Azerbaijan

Federasiya kuboku 2025 başa çatdı.

WhatsApp Image 2025-02-03 at 16.55.34

Federasiya Kuboku 2025 başa çatdı!
8-9 fevral tarixlərində Azərbaycan Kapoeyra Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşlığı ilə Kapoeyra üzrə Federasiya Kuboku turniri uğurla keçirildi. Turnirdə ölkənin müxtəlif klublarından kapoeyra idmançıları güclərini sınadı.

Yekun nəticələrə əsasən:

🥇 1-ci yer – Pernada Kapoeyra Klubu
🥈 2-ci yer – Wolf Kapoeyra Akademiyası
🥉 3-cü yer – Nirvana Kapoeyra Klubu

Maraqlı və gərgin keçən mübarizədə bu üç klub 7 qızıl medal qazanaraq eyni nəticə əldə etdi. Ümumi medal sıralamasına əsasən isə onların finaldakı mövqeləri müəyyən edildi.

Bu uğurlu yarışda iştirak edən bütün idmançıları və qalibləri təbrik edirik!

📌 Azərbaycan Kapoeyra Federasiyası

Daha ətraflı məlumat və fotoşəkillər üçün sosial media hesablarımızı izləyin!