19th Ave New York, NY 95822, USA

Yeni zalımızın açılışı baş tutdu.

Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə “Pernada” kapoeyra klubunun açılışı baş tutmuşdur. Açılışda Kapoeyra Federasiyasının rəhbər heyəti, məşqçi və idmançıları, o cümlədən digər qonaqlar iştirak etmişdir. Açılış zamanı Federasiyanın Baş Katibi Rüfət Vəliməmmədov və vitse-prezident Elgiz Əlizadə qonaqları salamladıqdan sonra Federasiyanın 2024-cü il ərzində daha bir neçə yeni klubun açılacağını vurğuladılar. Bu klubların açılması gələcəkdə kapoeyra Federasiyasının idmançı sayının artmasına və yerli tədbirlərin daha kütləvi olmasına gətirib çıxaracaq. Açılış nitqinin sonunda klub rəhbərliyinə və idmançılara uğurlar arzu edildi. Daha sonra isə idmançılar və məşqçilər ilə birlikdə seminar təşkil edilərək açılışa kapoeyra göstərisi ilə yekun vuruldu.