19th Ave New York, NY 95822, USA

Münaqişədən sonra uşaq və gənclərə dəstək layihəsinin bağlanış mərasimi keçirilib.

23 yanvar tarixində Azərbaycan Kapoeyra Federasiyası və BMT qaçqınlar üzrə ali komissarlığı ilə həyata keçirilən munaqişədən sonra uşaq və gənclərə dəstək layihəsinin bağlanış mərasimi keçirilib. Layihədə BMT qaçqınlar üzrə ali komissarı Guido Ambroso, Braziliya səfiri Manuel Montenegro , Gənclər və idçan baş idarəsinin rəisi Raqif Abbasov və digər təşkilatlardan qonaqlar iştirak ediblər. Layihə haqqında Federasiyanın Prezidenti Günel Muradova və Vitse Prezidenti Elgiz Əlizadə hesabat xarakterli məlumat veriblər. Qonaqlarında çıxışları dinləndikdən sonra layihədə iştirak edən məşqçilər və idmançıların bir qismi nümunəvi çıxışla tədbirə yekun vurublar. Qeyd edək ki, layihə 2 il ərzində Bərdə, Gəncə və Paytax Bakıda keçirilirdi.