19th Ave New York, NY 95822, USA

“Münaqişədən sonra uşaq və gənclərə dəstək”adlı layihə başa çatmışdır.

Azərbaycan Kapoeyra Federasiyası və BMT-nin Qaçqınlar üzrı Ali komissarlığının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Braziliyanın Azərbaycandakı səfirliyi,həmçinin Sosial Xidmətlər Agentliyində  dəstəyi ilə “Münaqişədən sonra uşaq və gənclərə dəstək”adlı layihə başa çatmışdır. Noyabr ayında start götürən və 100-ə yaxın iştirakçını əhatə edən layihə 3 ay davam etmiş və Azərbaycanın 3 böyük şəhərində-Bakı,Gəncə və Bərdədə həyata keçirilmişdir. Layihənin icra olunduğu bu müddət ərzində federasiyanın peşəkar məşqçi heyəti, eyni zamanda, psixoloqlar və sosial işçilər və könüllülər aktiv şəkildə fəaliyyət göstərmişlər.

Qeyd edək ki,layihənin əsas məqsədi vətən müharibəsindən əziyyət çəkmiş uşaq və gənclərə,şəhid övladlarına,habelə,ölkəmizdə yaşayan əcnəbi qaçqın statuslu şəxslərə kapoeyra idman növü vasitəsiylə psixoloji dəstək vermək, onların fiziki durumlarını inkişaf etdirməyə yönəlik proqramlar həyata keçirmək, kapoeyranın özünə məxsus tərzi musiqi və idmanın harmoniyası ilə iştirakçılarda xüsusi maraq oyatmaq və həmçinin onların fiziki-mənəvi durumlarına müsbət təsir etməkdir. Xatırladaq ki, kapoeyra Cənubi Amerika döyüş idman növü kimi tanınır. O, vaxtilə Braziliyada qaradərili qulların özünümüdafiə üçün icad etdikləri döyüş fəndlərindən ibarətdir. Kapoyeranın fərqli və maraqlı cəhəti onun öyrənilməsi zamanı rəqs-musiqi ritmlərindən və akrobatik hərəkətlərdən geniş istifadə edilməsidir.Şübhəsiz,bu xüsusiyyət kapoeyra,xüsusən, uşaqların psixoloji reabilitasiya məsələlərində onların müsbət emosiyalara köklənməsinə yardımçı olur.

Layihə müddətində iştirakçılar kapoeyra məşqləri ilə kifayətlənməmiş,onlara həmçinin,”art therapy” (təsviri sənət terapiyası)da keçirilmişdir.Bu da iştirakçıların psixoloji durumuna öz müsbət təsirini göstərmiş, onların özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etmişdir.

Qeyd etmək istərdik ki,layihəmizdə aktiv şəkildə içtirak edən şəhid övladları kapoeyra üzrə Bakı şəhər birinciliyində uğurlu nəticələr əldə etmişlər.Belə ki, Şəhid Çavus Yalçın Cavadovun qızı Zərifə Cavadova öz qrupunda 3-cü yer, Şəhid Polkovnik-leytenant Tağıyev Ruslanın Oğlu Polad Tağı öz qrupunda ən texnikalı idmançı,qızı Nuray Tağızadə 3-cü yer, Şəhid Kiçik Çavus Xurşudov Nazirin oğlu Şahin Xurşudov 1-ci, Asiman Xurşudov isə 2-ci yerə layiq görülüb.

 Layihənin son məşqi yanvar ayının 7-sinə təsadüf etmişdir. Məşq böyük bir hoda ilə sonlanmış və sonda iştirakçılara BMT-nin Qaçqınlar üzrə Ali komissarı Mr.Guido Ambrosso və Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Günel Muradova tərəfindən sertifikatlar təqdim olunmuşdur.

 Bildirmək istərdik ki,”Münaqişədən sonra uşaq və gənclərə dəstək”adlı layihənin rəsmi bağlanış mərasimi 17 fevral LandMark hoteldə baş tutacaq.Mərasimdə layihənin təşkilat heyəti,həmçinin,BMT-nin qaçqınlar üzrə ali komissarlığının,Gənclər və İdman Nazirliyinin.Braziliya səfirliyinin,Dost Agentliyinin,Ümumdünya Səhiyyə Təşkilatının,Sosial Xidmətlər agentliyinin,Təhsil Nazirliyinin nümayəndələri,habelə,media işçiləri də iştirak edəcəklər.Təbirdə layihənin ümumi hesabatı təqdim olunacaq və media vasitəsilə ictimaiyyətə çatdırılacaq.