19th Ave New York, NY 95822, USA

“Qaliblər düşərgəsi-2021” layihəsi.

https://forazerbaijan.org/az/camp/

Bildirmək istərdik ki, ”For Azerbaijan” Beynəlxalq Təşkilatının dəstəyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Miqrasiya Könüllüsü” İctimai Birliyi və digər tərəfdaş təşkilatların iştirakı ilə 13-14 yaş aralığında olan şəhid övladlarının şəxsi inkişafına dəstək olmaq məqsədilə “Qaliblər düşərgəsi-2021” layihəsi həyata keçiriləcəkdir. Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgə”si 4-18 iyul 2021-ci il tarixlərində Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada təşkil olunacaq.